Karyera Mərkəzi
MİT
Все новости
Tərəfdaşlıq
21 Июнь 2026

MiT Consulting və Marsol Group əməkdaşlığı çərçivəsində tələbə və məzunlar üçün yeni imkanlar təqdim olundu!

MiT Consulting və Marsol Group-un iştirak etdiyi tədbirdə gənclərə karyera imkanları, təcrübə proqramları və əmək bazarının tələbləri barədə məlumat verildi.

MiT Consulting və Marsol Group əməkdaşlığı çərçivəsində tələbə və məzunlar üçün yeni imkanlar təqdim olundu!

Ölkədə gənclərin məşğulluğunun artırılması və onların əmək bazarına daha hazırlıqlı şəkildə daxil olmalarının dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlər davam edir. Bu çərçivədə MiT Consulting və Karyera və Məşğulluq Mərkəzi tərəfindən təşkil olunan tədbirdə Marsol Group da tərəfdaş şirkət kimi iştirak edib.

Tədbir zamanı iştirakçılar şirkət nümayəndələri ilə birbaşa ünsiyyət qurmaq, müxtəlif vakansiyalar və təcrübə proqramları haqqında məlumat almaq imkanı əldə ediblər. Eyni zamanda əmək bazarının tələbləri, peşəkar inkişaf yolları və korporativ mühitdə uğurlu karyera qurmağın əsas prinsipləri barədə ətraflı məlumat verilib.

Təşkilatçılar bildiriblər ki, bu cür əməkdaşlıqlar gənclərin iş dünyası ilə daha yaxından tanış olmasına, real iş mühiti haqqında məlumat əldə etməsinə və gələcək karyera planlarını daha düzgün formalaşdırmasına şərait yaradır.

Tədbirdə iştirak edən tələbə və məzunlar şirkətlərin təqdim etdiyi imkanlarla tanış olaraq potensial iş və təcrübə proqramlarına müraciət etmək şansı qazanıblar. Bu təşəbbüs gənclərin peşəkar inkişafına dəstək olmaqla yanaşı, işəgötürənlərlə namizədlər arasında əlaqələrin gücləndirilməsinə də töhfə verir.s