Karyera Mərkəzi
MİT
Все новости
Xəbər
21 Июнь 2026

Cyber Security sahəsində karyera qurmaq istəyənlər üçün yeni imkan!

Rəqəmsal təhlükəsizliyin əhəmiyyəti artdıqca Cyber Security mütəxəssislərinə olan tələbat da sürətlə yüksəlir.

Cyber Security sahəsində karyera qurmaq istəyənlər üçün yeni imkan!

Müasir dövrdə kibertəhlükəsizlik həm dövlət, həm də özəl sektor üçün ən vacib istiqamətlərdən birinə çevrilib. Məlumatların qorunması, sistemlərin təhlükəsizliyinin təmin edilməsi və kiberhücumların qarşısının alınması üçün ixtisaslı mütəxəssislərə ehtiyac hər gün daha da artır.

Bu tələbatı nəzərə alaraq Karyera və Məşğulluq Mərkəzi Cyber Security sahəsində karyera qurmaq istəyən şəxslər üçün xüsusi təlim proqramına start verir. Təlim çərçivəsində iştirakçılar kibertəhlükəsizliyin əsasları, şəbəkə təhlükəsizliyi, etik hakerlik, risklərin idarə olunması və təhlükəsizlik alətləri ilə işləmək kimi mövzular üzrə bilik və bacarıqlar əldə edəcəklər.

Proqram həm yeni başlayanlar, həm də İT sahəsində biliklərini inkişaf etdirmək istəyən şəxslər üçün nəzərdə tutulub. Təlimi uğurla başa vuran iştirakçılar gələcəkdə SOC Analyst, Information Security Specialist, Cyber Security Analyst və digər perspektivli vəzifələr üzrə karyera imkanlarını dəyərləndirə biləcəklər.

Mütəxəssislərin fikrincə, Cyber Security yaxın illərdə ən çox tələb olunan və yüksək maaşlı İT peşələri sırasında yer almağa davam edəcək. Bu sahədə karyeraya başlamaq istəyən şəxslər üçün belə təlim proqramları praktik bilik əldə etmək və əmək bazarına daha hazırlıqlı çıxmaq baxımından mühüm əhəmiyyət daşıyır.a